Haqqımızda

3 oktyabr 2011 –ci ildə əsası qoyulan “HİDRO PARK” MMC  “Müştəri  məmnuniyyəti”  prinsipini əsas tutaraq 6 ildir ki, sizin xidmətinizdədir!

    Dünəndən bu günə durmadan inkişaf edən iş fəaliyyətimiz bizi daim irəli aparmış və satış-təchizat sektorunda sahib olduğumuz mövqeyi daha da möhkəmləndirmişdir.

     Şirkətimiz Azərbaycan və digər qonşu ölkələrin neft və qeyri-neft sahəsində fəaliyyət göstərən şirkətlərin təlabatlarının təmin edilməsini uğurla həyata keçirir. Müxtəlif növ borular, lyuk qapaqları, siyirtmələr, fitinqlər, metal hasarların satışı ilə yanaşı alıcıların tələb etdiyi məhsulların texniki spesifikasiyalarına uyğun APİ, ASTM, İSO, DİN, EN və ГОСТ standartlara cavab verən Azərbaycan, ABŞ, Avropa, Türkiyə, Rusiya, Koreya və Çin-də yerləşən 400-dən artıq istehsalçının təklif etdiyi inşaat materialları, mexanik-elektrik mal-material və avadanlıqlar, maşın mexanizmlər, sənayedə və məişətdə istifadə olunan kimyəvi və bir çox spesifik məhsulların təchiz olunması da əsas işçilik fəaliyyətimizə daxildir. Qeyd edək ki,  tələb edilən məhsullarla bağlı ilkin istehsalçı dəyərləndirilməsindən başlayaraq sifarişçiyə  təhvil verilmə vaxtına qədər  ixtisaslı və peşəkar əməkdaşlarımız sizinlə birbaşa bağlantıda olurlar.

 “Hidro Park” MMC – 2013-cü ildən İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqinə başlamışdır.  BUREAU VERİTAS CERTİFİCATİON  tərəfindən şirkətin menecment sistemi yoxlanılmış və 10.01.2014-cü il tarixində  İSO 9001:2008  standartlarının tələblərinə uyğun gəldiyinə dair Sertifikat verilmişdir.

      Biz xidmətdə keyfiyyət  standartımızı  ilbəil daha yüksəyə qaldıraraq istər ölkəmizdədə istərsədə ölkədən kənarda   hər zaman zirvədə olmaq üçün çalışırıq. 

     BİZİM ÖNCƏLİYİMİZ İNSANA XİDMƏTDİR!

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik